“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb | 1news.az | Xəbərlər
İdman

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

1news Redaksiyası19:03 - Bu gün
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Qarabağ” futbol klubunda ayrılıq baş verib.

1news.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. 

Bildirilib ki, klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Hacıyev 2023-cü ilin sentyabrından bu vəzifədə çalışırdı. O, “Qarabağ”dakı fəaliyyəti dövründə nüfuzlu Yohan Kroyf institutunun diplomunu alıb, eləcə də Avropa Klublar Birliyinin (ECA) İşçi qrupuna seçilib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər