Bakı-Qazax yolunda sərnişin avtobusu yanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qazax yolunda sərnişin avtobusu yanıb - FOTO

1news Redaksiyası17:16 - Bu gün
Bakı-Qazax yolunda sərnişin avtobusu yanıb - FOTO

Bakı-Qazax magistral yolunun Ucardan keçən hissəsində sərnişin avtobusu yanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13 radələrində yolun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes 403” markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.

Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər