“PAŞA Coding Bootcamp” kurslarının buraxılış günü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Coding Bootcamp” kurslarının buraxılış günü keçirilib - FOTO

13:00 - 29 / 05 / 2020
“PAŞA Coding Bootcamp” kurslarının buraxılış günü keçirilib - FOTO

Bu gün veb-tərtibat üzrə “PAŞA Coding Bootcamp” kurslarının buraxılış günü baş tutub.

29 may 2020-ci il tarixində “PAŞA Holding”in Algoritmika Beynəlxalq Proqramlaşdırma Məktəbinin (Mail.ru tərəfdaşı) dəstəyi ilə təşkil etdiyi "PAŞA Coding Bootcamp" adlı veb-tərtibat üzrə intensiv kurs tələbələrinin buraxılışı baş tutub. Ölkədə və dünyada yer alan pandemiya şəraitini nəzərə alaraq, buraxılış günü onlayn formatda həyata keçirilib.

Bootcamp kursunun məqsədi proqram iştirakçılarına 12 həftə ərzində veb-tətbiqlərin yaradılması, onların dizaynının sıfırdan qurulması və hazır məhsulun təqdim edilməsi istiqamətində praktiki biliklərin verilməsidir. Ölkədə karantin rejimi elan olunduğu gündən, Algoritmika komandası proqramın keyfiyyətini azaltmamaq şərtilə, dərs proqramını nəzərdən keçirib, kursları onlayn formatda davam etdirib. Sözügedən kursların final mərhələsinə yalnız 23 nəfər keçə bilib. Bu şəxslər PAŞA qrup şirkətlərində kiçik veb-tərtibatçı vəzifəsində çalışmaq üçün namizəddirlər.

Qeyd edək ki, PAŞA qrupa daxil olan şirkətlər ölkədə İT istiqamətinə marağın artırılmasına böyük önəm verir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirirlər. Belə ki, ilin əvvəlindən PAŞA Bank İT mütəxəssislərinin potensialını və Azərbaycan gənclərinin bu sahəyə olan marağını artırmaq məqsədilə “PAŞA Bank Cup”ın keçirilməsi təşəbbüsü ilə çıxış edib. “PAŞA Holding” isə öz növbəsində eyni məqsədi hədəfləyərək ölkə universitetlərinin İT sahəsinə yönəlmiş fakültələrini, habelə universitetlərin startap və təqaüd proqramlarını dəstəkləyir.

Paylaş:
2040

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər