Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib

15:18 - 25 / 05 / 2020
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmağı özümə şərəf bilirəm.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan, getdikcə daha dinamik və davamlı xarakter kəsb edən Türkmənistan-Azərbaycan münasibətləri böyük qarşılıqlı etimad, hüquq bərabərliyi və səmimiliyi ilə fərqlənir.

Mən bu ilin martında Sizin gözəl ölkənizdə bizim səmimi görüşümüzü xoş duyğularla xatırlayıram. Həmin görüş zamanı səmimi və etimada əsaslanan danışıqlarda hər iki tərəfin ölkələrimiz arasında çoxşaxəli qarşılıqlı əlaqələri möhkəmləndirməyə və genişləndirməyə hazır olduğu təsdiq edildi.

Qəti əminəm ki, qardaş xalqlarımız arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və başqa istiqamətlərdə yaranmış səmərəli əməkdaşlıq bizim birgə səylərimiz sayəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

1news.az

Paylaş:
698

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər