“Sizin rəhbərliyinizlə Azərbaycan xalqı daha xoşbəxt gələcəyə qovuşacaq” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sizin rəhbərliyinizlə Azərbaycan xalqı daha xoşbəxt gələcəyə qovuşacaq” – Prezidentə məktub

09:41 - 07 / 07 / 2020
“Sizin rəhbərliyinizlə Azərbaycan xalqı daha xoşbəxt gələcəyə qovuşacaq” – Prezidentə məktub

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Kamal Mənsimovdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

İnsanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin, Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız.

Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir. Sizin bu cür obyektiv, ədalətli olmağınız biz sadə vətəndaşların Sizə olan məhəbbətini, inam və etibarını daha da artırır. Buna görə Sizə təşəkkür edir, “çox sağ olun” deyirik. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və inkişafı naminə böyük Yaradan Sizə hər zaman yar olsun”.

Quliyev Samit, Seyidov Həbib, Əliyev Yusif, Abdullayev Məryəm, Cəfərov Alim və başqaları. Salyan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq edilməsi, "Biz birlikdə güclüyük!" çağırışınız, aztəminatlı ailələrə və şəhid ailələrinə göstərdiyiniz maddi və mənəvi yardımlar, sosial yardıma ehtiyacı olan insanlara verilən birdəfəlik ödənişin 600 min nəfərə şamil edilməsi, ən nəhayət, insan amilinə verdiyiniz yüksək dəyər Azərbaycan xalqını bir daha əmin etdi ki, onun Sizin kimi müdrik Prezidenti və qətiyyətli Ali Baş Komandanı var.

Pandemiya ilə mübarizə sahəsində həkimlərimizin də rolunu qeyd etmək istəyirəm. Akademik Zərifə xanım Əliyeva vaxtilə demişdir: “Həkim insanlara günəş qədər lazımdır". Biz bu gün bu sözlərin nə qədər dəyərli olduğunun bir daha şahidiyik. Həkimlərimiz də çox sağ olsunlar ki, böyük ruh yüksəkliyi ilə çalışırlar.

Əziz Prezidentimiz, bu çətin vaxtda sosial layihələrin icrasının dayandırılmaması biz vətəndaşları sevindirir. Kəndimizdə 180 yerlik ən müasir tələblərə cavab verən məktəb tikilmişdir. Bu da Sizin Azərbaycan təhsilinə verdiyiniz qiymətin təzahürüdür. Bundan əlavə kəndimizdə yeni internet və telekommunikasiya xətləri çəkilmiş və əhalinin istifadəsinə verilmişdir. İnternetlə dünyaya çıxış gənc nəslin elminin və dünyagörüşünün inkişafında mühüm rol oynayır. Bütün bu göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə təşəkkür edir və siyasətinizi daim dəstəklədiyimizi bildiririk”.

Mehriban Əsgərovadan, Bakı, Azərbaycan

“Çox dəyərli və hörmətli Prezidentim.

Dönüb keçmişə nəzər salanda, Azərbaycanımızın nə qədər inkişaf etdiyini, necə gözəlləşdiyini görəndə insanın ürəyi fəxr hissi ilə dolur. Bu inkişafın, xüsusilə Sizin prezidentlik dövrünüzdə baş verməsi danılmaz faktdır. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdən bu günə qədər bütün çətinliklərin öhdəsindən əzmlə gələrək uğurlar əldə etmiş, Vətənimizin dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yer tutmasına nail olmusunuz.

Bu gün, COVID-19 pandemiyasının bütün dünyada kütləvi insan tələfatına səbəb olduğu zamanda, Sizin tərəfinizdən və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın bu bəladan qorunması üçün zamanında və operativ tədbirlər görməyiniz, aztəminatlı ailələrə humanitar, maddi yardımlar ayırmağınız, sahibkarlara dəstəyiniz göz önündədir. Təbii ki, mən də bir vətəndaş olaraq bunları görürəm və qiymətləndirməyə bilmərəm. Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm. Sağ olun, cənab Prezident”.

Nüsrət Haqverdiyevdən, Şəki, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin aqrar sahəyə ayırdığınız diqqət, göstərdiyiniz qayğı kəndlilərin torpağa, əkin-biçinə marağını daha da artırmışdır. Məlum olduğu kimi, hazırda ölkəmizdə suvarma suyu ilə bağlı çətinliklər vardır. Bu çətinliklərin aradan qaldırılması üçün Sizin mütəmadi olaraq Sərəncamlar imzalamağınız, lazımi göstərişlər verməyiniz məsələnin həllində əvəzsiz rol oynayır. Həm yeni suvarma kanalları çəkilir, həm də respublikamızın müxtəlif bölgələrində subartezian quyuları qazılaraq istifadəyə verilir.

Bizim Kiçik Dəhnə kəndində son bir ayda 2 yeni subartezian quyusu yerli sakinlərin sərəncamına verilmişdir. Həmçinin, bir subartezian quyusu təmir olunmuş və yararlı vəziyyətə gətirilmişdir.

Əziz Prezidentimiz, kəndlilərin Sizə minnətdarlığı və alqışı sonsuzdur. İndi növbəti əkin işlərinə həvəsimiz daha da çoxalıb. Çalışacağıq ki, tarlalardan bol məhsul götürək, öz işimizlə göstərilən diqqətin qarşılığını verək. Allah işlərinizi avand eləsin”.

Vüqar Muradəliyevdən, İsmayıllı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

İsmayıllı rayonunun 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun qazılması məqsədi ilə imzaladığınız 2020-ci il 1 iyul tarixli Sərəncam İsmayıllı sakinlərini ürəkdən sevindirir. Qazılması nəzərdə tutulan subartezian quyularından 2-si İsmayıllı şəhərinin payına düşür. Bu subartezian quyuları söz yox ki, şəhər əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında və içməli suya olan tələbatının ödənilməsində böyük rol oynayacaqdır.

Cənab Prezident, İsmayıllıya və onun sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə şəhər ziyalıları, ağsaqqalları və bütün sakinlərimiz adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Heç şübhəsiz ki, Sizin rəhbərliyinizlə ölkəmiz inkişafın ən yüksək mərhələsinə çatacaq və Azərbaycan xalqı daha xoşbəxt gələcəyə qovuşacaqdır”.

Kamran Məmmədov və Səməd Vahabovdan, Zaqatala, Azərbaycan

“Hörmətli cənab Prezident.

Əvvəla Sizi səmimi qəlbdən salamlayıram. Hazırda koronavirus pandemiyası dünya ölkələrini təşvişə salaraq, iqtisadi böhran yaratmaqdadır. Təəssüflər olsun ki, bu virus ölkəmizdən də yan keçmədi. Bu gün ölkəmizdə də bir çox insan bu virusun təsirindən əziyyət çəkməkdədir. Lakin danılmaz faktdır ki, məhz Sizin uzaqgörən, qabaqlayıcı tədbirləriniz və səyləriniz sayəsində Azərbaycanda digər ölkələrlə müqayisədə bu virusa yoluxanların sayı azlıq təşkil etməkdədir. Pandemiya ölkəmizdə yayılmağa başlayandan virusa yoluxan xəstələr üçün müasir standartlara cavab verən xüsusi xəstəxanaların istifadəyə verilməsi, xalqımızın maddi rifahı üçün sosial tədbirlərin həyata keçirilməsi Sizin uzaqgörən siyasətnizin nəticəsidir.

Cənab Prezident, bütün bu işlərinizlə xalqımızın yanında olduğunuzu bir daha göstərdiniz. Bundan dolayı Sizə dərin təşəkkürümüzü bildirir və Allahdan Sizə cansağlığı arzulayırıq”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
719

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər