Azərbaycanda 124 min şagird ilk dəfə məktəbə başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 124 min şagird ilk dəfə məktəbə başlayır

Qafar Ağayev08:45 - Bu gün
Azərbaycanda 124 min şagird ilk dəfə məktəbə başlayır

15 sentyabr – təhsilimizdə yeni başlanğıcların günüdü15 sentyabr – Bilik Günündə Azərbaycanda 124 min şagird I sinifdə təhsilə başlayır.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, yeni tədris ilində ümumilikdə 1,6 milyon şagird ümumi təhsilini davam etdirəcək. Onların təlim-tərbiyəsi ilə 121 642 müəllim məşğul olacaq.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayacaq.

Həmçinin 550-dən çox təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tətbiq olunur. 850-dən çox təhsil müəssisəsi yenilənib, 15 təhsil müəssisəsi isə yeni istifadəyə verilib.

MÜTDA-nın məlumatına görə, bu gün ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq.

Qeyd edilib ki, bütün şagird və müəllimlər 15 sentyabr – Bilik Günü münasibətilə təbrik olunur, onlara yeni tədris ilində uğurlar arzulayırıq.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər