ru

Siyasət

27 Noyabr saat 19:21

TBMM-in siyasi partiya qrupları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərəzli qətnaməsini pisləyən bəyanat yayıblar

TBMM-in siyasi partiya qrupları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərəzli qətnaməsini pisləyən bəyanat yayıblar

Türkiyənin Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Milliyyətçi Hərəkat və İYİ partiyalarının Türkiyə Böyük Millət Məclisindəki qrupları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərəzli qətnaməsini pisləyən ortaq bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, siyasi partiyaların birgə imzası ilə yayılan bəyanatda deyilir: “Biz Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd olaraq Dağlıq Qarabağla bağlı noyabrın 25-də qəbul etdiyi qətnaməni şiddətlə qınayırıq. Fransa Senatı özünü görməməzliyə vursa da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bir neçə gün əvvəl bəyan edilib, Qarabağ Ermənistan tərəfindən belə tanınmadığı halda Fransa Senatının həqiqətlərdən uzaq bir qərar qəbul etdiyi çox açıq şəkildə görünməkdədir”.

S.Xankişiyeva

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur