Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü
ABŞ və İran arasında davam edən müharibə noyabrda keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra başa çata bilər.
1news.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra bitəcək, çünki iranlıların artıq müqavimət göstərməyə taqəti qalmayıb”, - deyə o qeyd edib.
Trampın sözlərinə görə, seçkilərdən dərhal sonra neft qiymətlərində də kəskin ucuzlaşma müşahidə olunacaq.
ABŞ Prezidenti Respublikaçılar Partiyasının konventinə yollanarkən əlavə edib ki, Tehran ABŞ-də keçiriləcək seçkilərə müdaxilə etməyə və zəif qüvvələrin, yəni demokratların hakimiyyətə gəlməsinə nail olmağa çalışır.
Trampın fikrincə, demokratların hakimiyyətə qayıtması İrana nüvə silahı əldə etmək imkanı verə bilər.
Qeyd edək ki, ABŞ və İran arasında münaqişə artıq yeddinci aydır davam edir. Müharibənin əvvəlcə cəmi bir neçə həftə çəkəcəyi proqnozlaşdırılsa da, qarşıdurmanın uzanması yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub.
Bu vəziyyətin ABŞ Prezidentinin reytinqinə də ciddi təsir göstərdiyi bildirilir.













