ru

Cəmiyyət

4 Aprel saat 17:20

Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları - VİDEO

Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları - VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icaze.e-gov.az portalından və SMS icazə sistemindən istifadə qaydaları ilə əlaqədar videotəlimatlar hazırlayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, dövlət və özəl təşkilatlar əməkdaşlar üçün icazənin alınmasına görə “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi” üzərindən müraciət göndərməlidirlər. Bunun üçün ilk növbədə, dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsilə icaze.e-gov.az portalına daxil olmalıdır.

Vətəndaşlar isə evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər.

1news.az

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur