14 yaşlı azərbaycanlının Moskva zəfəri: Aydın Süleymanlı “Aeroflot Open-2020”nin qalibi olub | 1news.az | Xəbərlər
İdman

14 yaşlı azərbaycanlının Moskva zəfəri: Aydın Süleymanlı “Aeroflot Open-2020”nin qalibi olub

14:26 - 28 / 02 / 2020
14 yaşlı azərbaycanlının Moskva zəfəri: Aydın Süleymanlı “Aeroflot Open-2020”nin qalibi olub

14 yaşlı azərbaycanlı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot Open-2020” beynəlxalq şahmat turnirinin qalibi olub.

1news.az-ın verdiyi xəbərə görə, fevralın 27-də turun sonuncu oyununda o, turnir boyunca liderlik edən Rauf Məmmədovla xalları bölüşüb.

9 turun nəticələrinə görə, dörd şahmatçı 6,5 xal toplayıb. Lakin yekun nəticələrə görə,qalibiyyət Aydın Süleymanlıya qismət olub. Rauf Məmmədov üçüncü yerə sahib olub. Vüqar Əsədli isə 6 xal ilə altıncı yeri tutub.

Aydın Süleymanlı “Aeroflot Open”in ilk qalib gələn azərbaycanlıdır. İlk turnirdə 21 ölkədən 97 şahmatçı iştirak edib. Başlanğıc reytinqdə Aydın 71-ci sırada olub. 9 turun dördündə qalib, 5 partiyada isə heç-heçə oynayıb.

Şahmat camiəsi üçün 14 yaşlı həmyerlimizin qalib gəlməsi sensasiya doğurub.  

Aydın Süleymanlı 2019-cu ildə yeniyetmələr arasında dünya çempionu, Azərbaycanda Yeniyetmələr arasında Şahmat Olimpiadasının (U-16) qalibi olub. Ötən il həmçinin o, “Vüqar Həşimov” klubunun tərkibində Avropa klub Çempionatında da mükəmməl oyun nümayiş etdirib.

“Bu müddət ərzində mənə göstərilən diqqət, dəstəyə və təbriklərə görə çox minnətdaram. İlk növbədə Fərid Abbasova təşəkkür edirəm”, - deyə A.Süleymanlı qələbədən sonra Facebook səhifəsində yazıb.

Uzun illərdir Azərbaycan şahmatında lider olan Şəhriyar Məmmədyarov azərbaycanlı həmkarlarını təbrik edib:

 “Aeroflot Open” turniri sona çatdı. İlk növbədə ondan gözlədiyim oyunu göstərdiyinə görə Rauf Məmmədovu təbrik etmək istərdim. Heç bir partiyada o, pis vəziyətdə olmadı. Sadəcə ən pisi doqquzuncu turda oynadı. Hər şey çox sadədir. O, ürəkdən oynaya bilmədi.

İndi isə Aydın Süleymanlıdan danışmaq istərdim. Bu, inanılmaz uğurdur. Şübhəm yoxdur ki, o, dahi şahmatçı olacaq. Ən azından, Azərbaycan şahmatının ümidi olmaq üçün böyük addım atacaq. Bu əhval-ruhiyyə davam edərsə, o, əvvəlcə 2700 reytinqinə, daha sonra isə 2800 çatacaq.

Şahmat Federasiyası vaxt itirmədən onu yığmaya götürsə yaxşı olar. Milli Yığma yerində sayır, gənclərə dəstək göstərməlidir. Bu gənclik məndən, Teymurdan, Vüqardan güclü olmalıdır. Bu, yalnız Aydına deyil, digərlərinə də aiddir.

Öz yerimi verməyə hazıram. Mən dünyada ikinci şahmatçı olmuşam, lakin bu, azdır. Azərbaycan şahmatının dünyada ən yaxşı olacağını gözləyirəm. Rauf və Aydını, eləcə də ikinci turnirdə fantastik oyun nümayiş etdirən Vüqar Əsədlini də təbrik edirəm”.

Şah (Şəhriyar) çox gözəl təkliflər irəli sürdü. Ümid etmək istərdik ki, Aydın Süleymanlının gələcək irəliləyişi üçün lazımi dəstəyi alacaq. İlk növbədə Azərbaycan Şahmat Federasiyasından. Həqiqətən də, uzun müddətdir belə istedadlı gəncimiz olmayıb.  

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
2317

Son xəbərlər

Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21
Bütün xəbərlər