Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
Misli Premyer Liqasında V tura bu gün start veriləcək.
1news.az xəbər verir ki, günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olacaq.
Qarşılaşma Yevlax şəhər stadionunda, saat 16:30-da start götürəcək.
Paytaxt təmsilçisi 9 xalla liderdir. Meydan sahibləri 4 xalla 8-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, V tur
11 sentyabr
16:30. "İmişli" – "Neftçi"
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.
VAR: Emin Əliyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu
Xatırladaq ki, V turun digər qarşılaşmaları 12, 13 və 14 sentyabrda baş tutacaq.
78










