1news.az

4 seçki məntəqəsində səsvermənin nəticələri ləğv olundu - YENİLƏNİB

24 Fevral saat 18:05 ~ 2 dəqiqəlik oxu 100
4 seçki məntəqəsində səsvermənin nəticələri ləğv olundu - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 94 saylı Bərdə kənd seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

1news.az-ın məlumatına görə, həmin dairədən deputatlığa namizəd Dadaş Əhmədli MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 1 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

Daha sonra 71 saylı Masallı kənd seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Həmin dairədən deputatlığa namizəd Rüfət Əliyev MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

***

saat 17:39

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

1news.az-ın məlumatına görə, həmin dairədən deputatlığa namizəd Mütəllim Rəhimov MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 21 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Daha sonra 63 saylı Sabirabad birinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Həmin dairədən deputatlığa namizəd Qiyas Sadıqov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Qabil Orucov bildirib ki, müraciət MSK tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 28 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net