Əhalinin banklardakı əmanətləri 7,3 milyard manat təşkil edib

Əhalinin banklardakı əmanətləri sentyabrda 8,5 milyon manat azalaraq oktyabrın 1-nə milli valyuta ekvivalentində 7,3 milyard manat təşkil edib.
1news.az –ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə Dövlət Statistika Komitəsindən bildiriblər ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 5,1 faiz və ya 352,1 milyon manat artıb. Eyni zamanda, oktyabrda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,05 manata (ilin əvvəlindən 1,00 manat), 1 avroya 1,18 manat (1,12), 100 rus rubluna 1,67 manata (1,70) bərabər olub.
555