SAM-ın nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək

09:40 - 30 / 11 / 2015
SAM-ın nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti dekabrın 1-2-də Səudiyyə Ərəbistanı Krallığına (Ciddə şəhəri) səfər edəcək.

1news.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə SAM-ın direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili Əliyev daxildir.

Səfərin ilk günü SAM-ın nümayəndə heyətinin Kral Əbdüləziz Universitetinin SAM ilə tanışlığı, Mərkəzin direktoru İbrahim Kutubi və daha sonra Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayevlə görüşləri nəzərdə tutulub.

Bildirək ki, dekabrın 2-də Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi, İslam Əməkdaşlıq Təşkilatı və SAM-ın birgə təşkilatçılığı ilə "İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri: keçmiş səylər və gələcək imkanlar" mövzusunda simpozium keçiriləcək.

Simpoziumda “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: müşahidəçi təşəbbüslərdən fəal iştirakçı roluna” və “Beynəlxalq hüququn özünü doğrultmamasından sonra İƏT üzv dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə gələcək tövhələri” mövzularında müzakirələr planlaşdırılır.

1news.az

Paylaş:
546

Son xəbərlər

Azərbaycan Respublikasının Prezidenti Maldiv Prezidenti ilə görüşübBu gün, 14:41İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 14:25Azərbaycan Prezidenti İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşübBu gün, 14:23Dövlət başçısı Nepal Prezidenti ilə görüşübBu gün, 14:21İlham Əliyev Efiopiya Prezidenti ilə görüşübBu gün, 14:12Əli Əsədov ilə OPEC-in Beynəlxalq İnkişaf Fondunun prezidenti arasında görüş keçirildiBu gün, 14:05ABB ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında 50 milyon dollarlıq anlaşma imzalandı! - FOTOBu gün, 13:58COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib - FOTOBu gün, 13:45Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:35İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşübBu gün, 13:25COP29-da Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaqBu gün, 13:23Kamran Əliyev BƏƏ-nin Baş Prokurorunun müavini ilə görüşübBu gün, 13:22Vüqar Gülməmmədov: “İqlim dəyişikliklərinin təsirlərinin azaldılması böyük maliyyə vəsaiti tələb edir”Bu gün, 13:03Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşübBu gün, 12:16Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 11:58COP tarixində ilk dəfə “Rəqəmsallaşma Günü” keçiriləcəkBu gün, 11:29COP29-un Yaşıl zonasında ziyarətçiləri nələr gözləyir? - FOTOREPORTAJBu gün, 11:03İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşübBu gün, 10:56Kamran Əliyev İƏT baş katibi ilə görüşübBu gün, 10:55Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşırBu gün, 10:38
Bütün xəbərlər