Azərişıq borcu olan abonentlərin işığını kəsəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərişıq borcu olan abonentlərin işığını kəsəcək

10:13 - 20 / 11 / 2015
Azərişıq borcu olan abonentlərin işığını kəsəcək

“Azərişıq” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı noyabrın 23-də, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

1news.az -ın“Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılan abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayılır. Bu səbəbdən belə hallara yol vermiş şəxslərə qarşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

"Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı bir problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur", - deyə şirkətdən bildirilib.

Paylaş:
953

Son xəbərlər

Bütün xəbərlər