Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

1news Redaksiyası17:24 - Bu gün
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici iqtisadiyyatın təşviqi və maliyyələşdirilməsi alt departamentinin rəhbəri Gerlind Hekmanla görüşüb.

Bu barədə 1news.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb. Bu baxımdan əlaqələrin şaxələndirilməsi, tərəflər arasında işbirliyinin gücləndirilməsi və yeni birgə layihələrin reallaşdırılması üçün imkanlardan səmərəli istifadənin vacibliyi qeyd olunub.

Görüşdə enerji sahəsində səmərəli tərəfdaşlıq, o cümlədən sənaye və texnologiya sahələrində əməkdaşlığın dəstəklənməsi istiqamətində atılacaq addımlar, bu sahədə müzakirəsi davam etdirilən təşəbbüslərin əlaqələndirilməsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-Almaniya Biznes Şurası, həmçinin Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclaslarının keçirilməsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib.

Paylaş:
112

Son xəbərlər

Bütün xəbərlər