Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb | 1news.az | Xəbərlər
İdman

Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb

1news Redaksiyası13:33 - Bu gün
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb

Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

1news.az report-a istinadən xəbər verir ki, o, 1/16 finalda Losseni Koneni (Almaniya) məğlub edib.

K.Nəsibov 1/8 finalda Ukrayna təmsilçisi Yakiv Xammo ilə üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər