Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib | 1news.az | Xəbərlər
Dünya

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

1news Redaksiyası16:23 - Bu gün
Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib.

1news.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, o, 8 müharibəni həll edib və daha ikisini başa çatdırmağa və ya nizama salmağa yaxındır. O, həmçinin son 28 nəfər də daxil olmaqla, İsraildəki bütün girovların – həm sağ qalanların, həm də həlak olanların – geri qaytarılmasını, eləcə də dünyanın müxtəlif ölkələrindən yüzlərlə girovun azad edilərək evlərinə qayıtmasını təmin etdiyini bildirib.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər