Elmir Vəlizadə: “İKT sahəsində Koreya təcrübəsinin öyrənilməsi tərəfdaşlıq üçün faydalı ola bilər” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elmir Vəlizadə: “İKT sahəsində Koreya təcrübəsinin öyrənilməsi tərəfdaşlıq üçün faydalı ola bilər”

11:57 - 20 / 11 / 2015
Elmir Vəlizadə: “İKT sahəsində Koreya təcrübəsinin öyrənilməsi tərəfdaşlıq üçün faydalı ola bilər”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycanla Tərəfdaşlıq Strategiyasının hazırlanması ilə əlaqədar Koreya Strategiya və Maliyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüşdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rabitə və yüksək texnologiyalar sahəsinin prioritet istiqamət kimi ölkənin gələcək iqtisadi inkişaf hədəflərində, o cümlədən “Azərbaycan-2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasında əsas yer aldığını qeyd edib.

Nazir müavini qeyd edib ki, iqtisadiyyatın İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, ixrac yönümlü məhsul və xidmət istehsalının genişləndirilməsi məqsədilə ölkədə yüksək texnologiyalar parklarının fəaliyyətinin təşkili üzrə məqsədyönlü işlər aparılır, elektron hökumətin formalaşdırılması uğurla davam edir. Bu sahələrdə əməkdaşlıq və Koreyanın qabaqcıl təcrübəsinin öyrənilməsinin tərəfdaşlıq üçün faydalı ola biləcəyi diqqətə çatdırılıb.

Koreyanın Strategiya və Maliyyə Nazirliyinin (SMN) nümayəndə heyətinin rəhbəri, SMN-in Beynəlxalq İnkişaf Siyasəti İdarəsinin direktoru Han Jung da ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi diqqət verdiyini və 2016-2020-ci illər üçün “Ölkə Tərəfdaşlıq Strategiyası”nda bunun əks olunduğunu bildirib.

Sənəd layihəsində İKT sahəsinin prioritet istiqamətlərdən biri kimi daxil edildiyi qeyd edilib.

Daha sonra Koreya nümayəndə heyəti tərəfindən hazırlanmış təqdimata baxış keçirilib, sənəd layihəsinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
1194

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər