Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək

10:46 - 20 / 11 / 2015
Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin (LİİA) birgə təşkilatçılığı ilə noybarın 25-də Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçiriləcək.

1news.az "Report"a  istinadən xəbər verir ki, Azpromo-dan daxil olan məlumata görə, tədbirə İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, layihələndirmə və arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın Latviya şirkətinin qatılacağı gözlənilir.

Tədbirdə iştirakda maraqlı olan Azərbaycan iş adamları Azpromo-ya müraciət edə bilər.

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər