TAP daha bir şirkətlə müqavilə imzalayıb
Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu “Corinth Pipeworks S.A.” şirkəti ilə müqavilə imzalayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, konsorsiumdan verilən xəbərə görə, müqaviləyə əsasən, “Corinth Pipeworks S.A.” şirkəti Yunanıstan ərazisində quruda TAP-ı 48 düym ölçüsündə borularla təchiz edəcək.
TAP-ın icraçı direktoru Yan Bredşou (Ian Bradshaw) bu şirkətlə imzalanan müqavilənin çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Mən “Corinth Pipeworks S.A.” şirkətini və onun tərəfdaşı olan “Marubeni Itochu Steel inc.” şirkətini tendərdə qalib gəldiyi üçün təbrik edirəm. TAP-ın Yunanıstan üçün lazım olan əsas boru kəmərləri təchizatçısı kimi bu şirkətin seçilməsi ilə biz daha təhlükəsiz iş şəraitinə və Yunanıstan üçün uzun müddətli investisiya və gəlir əldə olunacağına ümid edirik”.