Mehriban Əliyeva Fransa prezidenti və xalqına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva Fransa prezidenti və xalqına başsağlığı verib

17:15 - 14 / 11 / 2015
Mehriban Əliyeva Fransa prezidenti və xalqına başsağlığı verib

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa xalqına başsağılığı verib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, M.Əliyeva noyabrın 13-də Parisdə törədilmiş terror aktı nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Fransa Respublikasının Prezidenti Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu göndərib.

Başsağlığı məktubda deyilir:

“Parisdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını, xüsusən də günahsız insanları hədəfə alan terrorizm bütün bəşəriyyətə qarşı cinayətdir. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

1news.az

 

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər