Qurban Qurbanov: Real baxmaq lazımdı, çox çətindi | 1news.az | Xəbərlər
İdman

Qurban Qurbanov: Real baxmaq lazımdı, çox çətindi

14:43 - 27 / 11 / 2015
Qurban Qurbanov: Real baxmaq lazımdı, çox çətindi

İstəməzdik evdəki son oyunda məğlub olaq. Təəssüf ki, istədiyimiz alınmadı.

Sportbox.az-ın məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin V turunda öz meydanında İngiltərənin “Tottenhem” klubuna minimal hesabla məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib:

“Qələbə münasibətilə “Tottenhem”i təbrik edirəm. Futbolçularım çətin oyunda çalışdılar ki, sona qədər mübarizə aparsınlar. Buna görə onlara təşəkkür edirəm. Ustalıq səviyyəsi yuxarı olan futbolçulara qarşı çıxış etdilər. Azarkeşlərimizə təşəkkür edirəm. Bütün görüşlərdə bizi dəstəklədilər”.

Baş məşqçi komandasının növbəti mərhələyə çıxmaq üçün şanslarını da dəyərləndirib:

“Növbəti mərhələyə çıxmaq üçün şansımız var desəm, yalan olar, desəm yoxdu, yenə yalan olar. Real baxmaq lazımdı, çox çətindi”.

Paylaş:
1011

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər