Azərbaycan neftinin qiyməti 1,48 faiz bahalaşıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,68 dollar yaxud 1,48% bahalaşıb.
1news.az xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,57 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
915