“Gecə və gündüz”: bir şəkildə günün 24 saatının əks olunduğu 20 rəsm - FOTO
Peşəkar fotoqraf Stiv Uilks “Day to Night” (Gecə və gündüz) foto-layihəsində eyni şəhərin görünüşünün günün müxtəlif saatlarında necə dəyişdiyinin göstərib. Maraqlısı da budur ki, bütün bu dəyişikliklər bir şəkildə əks olunub.
“Mən 24 saat ərzində eyni obyekti çəkirəm, sonra isə ən yaxşı kadrları seçirəm. Zaman mənim ən yaxın köməkçimdir. Bir şəkildə günün bütün məqamlarının əks olması ilə seyrçilərə zamanda səyahət etmək imkanını bəxş edirəm”, - Uilks deyir.
Bu layhə üçün fotoqraf 1500-dən çox şəkil çəkib. Onun bu və digər əl işləri dünyanın bir çox rəsm qalereyalarında, muzeylərdə, “National Geographic”, “New York Times Magazine”, “Vanity Fair”, “Time” kimi məşhur nəşriyyatlarda dərc olunub.
Gəlin biz də həmin şəkillərlə zamanda səyahət edək:
1news.az