London Rusiya təyyarəsinin partladılmasında günahkarı açıqladı | 1news.az | Xəbərlər
Dünya

London Rusiya təyyarəsinin partladılmasında günahkarı açıqladı

18:29 - 16 / 11 / 2015
 London Rusiya təyyarəsinin partladılmasında günahkarı açıqladı

Böyük Britaniya Misirin Sinay yarımadasında Rusiyaya məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar avia-təhlükəsizlik tədbirlərini gücləndirir.

1news.az “Российская Газета”-ya istinadla verdiyi xəbər görə, çünki fəlakətin törədilməsinin arxasında çox güman ki, İŞİD terror qruplaşması dayanır.

Bu barədə Britaniya baş nazirinin dəftərxanası bəyan yayıb. Devid Kemeron bütün dünya üzrə hava limanlarında təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini əmr edib. Tədbir 2 ay ərzində həyata keçiriləcək və ilk olaraq Britaniya Yaxın Şərq və Şimali Afrika aeroportlarında bunları həyata keçirməyə başlayacaq.  

Bu arada, Rusiya tərəfi А321 təyyarəsi haqda indidən irəli sürülmüş mülahizələri əsassız hesab edir, çünki rəsmi araşdırma hələ bitməyib.

Qeyd edək ki, oktyabrın 31-də Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus “Airbus A321” sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həlak olub.

1news.az

Paylaş:
872

Son xəbərlər

Bütün xəbərlər