Gəncədə əmək yarmarkası olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə əmək yarmarkası olacaq

13:21 - 16 / 11 / 2015
Gəncədə əmək yarmarkası olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən növbəti əmək yarmarkası noyabrın 18-də olacaq.

1news.az xəbər verir ki, bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.

“İlkin məlumata görə, yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.

Tədbirdə, həmçinin, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin olunması üçün ayrı-ayrı müəssisələr üzrə kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq”, - deyə nazirlikdən qeyd edilib.

Xatırladaq ki, cari il ərzində şəhər və rayonlarda ümumilikdə 55 əmək yarmarkası keçirilib.

Paylaş:
843

Son xəbərlər

Bütün xəbərlər