“Böyük İyirmiliyin” Antalya Sammiti işə başlayıb | 1news.az | Xəbərlər
Dünya

“Böyük İyirmiliyin” Antalya Sammiti işə başlayıb

15:41 - 15 / 11 / 2015
“Böyük İyirmiliyin” Antalya Sammiti işə başlayıb

Türkiyənin Antalya şəhərində “Böyük İyirmiliyə” (G20) üzv və dəvət olunmuş ölkələrin dövlət başçılarının Sammiti işə başlayıb.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, Sammitdə 13 min nəfərə yaxın nümayəndə iştirak edir. Onlardan 2469-u KİV təmsilçisidir.

Dünya liderləri Sammitdə beynəlxalq təhlükəsizlik, qlobal iqtisadiyyatın inkişafı, beynəlxalq terrorizmlə mübarizə, qaçqın probleminin həlli və digər məsələləri müzakirə edəcəklər.

Zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları arasında bir sıra ikitərəfli görüşlər keçirilir.

1news.az

 

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər