Türkiyə prezidenti adından “G-20” sammiti iştirakçıları üçün işçi nahar verilib
Antalyada keçirilən “G-20” sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə işçi nahar verilib.
1news.az AZƏRTAC-ın yaydığı xəbər istinad edərək bildirir ki, noyabrın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından “Böyük İyirmiliyin” Sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə işçi nahar verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işçi naharda iştirak edib.
1news.az
567