Türkiyədə yeni hökumətin qurulması Əhməd Davudoğluna həvalə olundu
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Əhməd Davudoğluna ölkənin yeni hökumətinin təşkili ilə bağlı səlahiyyətləri verəcək.
1news.az NTV telekanalına istinadla bildirir ki, Ərdoğanla Davudoğlunun görüşü Bakı vaxtilə saat 19:00-da baş tutacaq.
Məclisdə ilk olaraq andiçmə mərasimini Davudoğlu həyata keçirək və bundan sonra o, Prezident sarayına yollanacaq.
Xatırladaq ki, Türkiyə Konstitusiyasına görə, parlament seçkilərində qalib gələn partiya 45 gün ərzində yeni hökuməti formalaşdırmalıdır. Noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkilərində AKP səslərin 49,5 faizini (parlamentdə 317 yer) qazandığına görə ölkədə birpartiyalı hökumət qurulacaq.
1news.az
608