“Anonymous”un hakerləri İŞİD-in 5 mindən çox Twitter hesabını sındırıb | 1news.az | Xəbərlər
Dünya

“Anonymous”un hakerləri İŞİD-in 5 mindən çox Twitter hesabını sındırıb

16:17 - 17 / 11 / 2015
“Anonymous”un hakerləri İŞİD-in 5 mindən çox Twitter hesabını sındırıb

Bu yaxınlarda “Anonymous” hakerlər qrupu Parisdə törədilən terror aktı ilə əlaqədar İŞİD-ə virtual müharibə elan etmişdi.

1news.az НТВ.Ru-ya istinadla verdiyi xəbərə görə, “Anonymous” Youtube-də yerləşdirdiyi bir videoda Parisi qana bulayan İŞİD terror təşkilatına qarşı bütün dünyada genişmiqyaslı əməliyyata başlayacaqlarını açıqlayıb.

Bu dəfə də haker qrupu terror təşkilatının 5 mindən çox Twitter hesabını sındırıb.

 Xatırladaq ki, ötən cümə Parisin bir neçə bölgəsində terror aktı baş verib. İŞİD terror təşkilatı qanlı hadisəsini törətməkdə məsuliyyəti öz üzərinə götürüb.

1news.az
 

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər