BP "Çıraq" platformasında profilaktik işləri yekunlaşdırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP "Çıraq" platformasında profilaktik işləri yekunlaşdırıb

15:50 - 07 / 12 / 2015
BP "Çıraq" platformasında profilaktik işləri yekunlaşdırıb

Böyük Britaniyanın BP şirkəti Xəzərin Azərbaycan sektorundakı "Çıraq" platformasında profilaktik işləri başa çatdırıb.

1news.az xəbər verir ki, bunu Trend-ə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Platformada işlər bu il noyabrın 10-da dayandırılmışdı.

Onun sözlərinə görə, proqramla nəzərdə tutulmuş bütün işlər uğurla başa çatıb: "Hazırda "Çıraq" platformasının istismara verilməsinıə hazırlıq görülür və yaxın vaxtlarda orada hasilat bərpa ediləcək".

Paylaş:
1009

Son xəbərlər

Bütün xəbərlər