Süleyman Əhmədov küçəsində nəqliyyatın hərəkətində məhdudiyyət olacaq
Bakı şəhərində daha bir küçədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən 1news.az-a daxil olan xəbərə görə, dekabrın 9-dan etibarən Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişməsindən Mingəçevir küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti qısamüddətli dayandırılacaq.
Qeyd edək ki, təmir işlərinə 9 dekabrdan başlanılacaq.
654