Beynəlxalq Enerji Agentliyi: neftin qiyməti daha da ucuzlaşa bilər | 1news.az | Xəbərlər
Dünya

Beynəlxalq Enerji Agentliyi: neftin qiyməti daha da ucuzlaşa bilər

12:56 - 12 / 12 / 2015
Beynəlxalq Enerji Agentliyi: neftin qiyməti daha da ucuzlaşa bilər

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal bazarlarda neft təklifinin artdığı ilə bağlı xəbərdarlıq edib. IEA-nın rəhbəri Fatih Birol rekord səviyyədə ucuzlaşan neftin qiymətinin 2016-cı ildə daha da aşağı düşə biləcəyini söyləyib.

1news.az “euronews”a istinadla xəbər verir ki, F.Birol deyib: “2016-ci ildə neftə olan tələbat azalacaq. Bundan əlavə əgər sanksiyalar götürülərsə İran da istehsalçıların sırasına qoşulacaq. Qiymətlərin bahalaşması üçün isə çox az səbəb var. Məncə 2016-cı ildə neftin qiyməti daha da ucuzlaşacaq”.

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və digər beynəlxalq maliyyə təşkilatlarının analizlərinə görə, bazarda təklifin çoxluğu neftin qiymətinin 20 dollaradək ucuzlaşmasına səbəb ola bilər. Lakin OPEC-in üzvləri təklifin çoxluğuna baxmayaraq hasilatı azaltmırlar. Noyabrda OPEC üzvü ölkələrin hasilatı gündəlik 31,7 milyon barrel olmaqla son 7 ilin rekord səviyyəsinə çatıb.

Qeyd edək ki, dekabrın 11-də “Layt” markalı neftin bir barrelinin qiyməti son altı ildə ilk dəfə 37 dollardan ucuz, “Brent” markalı neftin bir barrelinin qiyməti isə 2008-ci ildən bu vaxtadək ən aşağı qiymətə satılıb.

Paylaş:
654

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər