Pakistanında baş vermiş partlayış nəticəsində 15 adam həlak olub | 1news.az | Xəbərlər
Dünya

Pakistanında baş vermiş partlayış nəticəsində 15 adam həlak olub

18:01 - 13 / 12 / 2015
Pakistanında baş vermiş partlayış nəticəsində 15 adam həlak olub

Pakistan mətbuatının yaydığı məlumata görə dekabrın 13-də Paraçinar şəhərində baş vermiş partlayış nəticəsində 15 adam həlak olub.

Son məlumata görə təxminən 50 nəfər yaralanıb, onlardan da 15-nin vəziyyəti ağır qiymətləndirilir. Məlumatda deyilir ki, partlayış şəhərinin girəcəyindəki qış paltarları satılan bazarda baş verib. Polisin verdiyi məlumatda isə qeyd olunur ki, bazarda baş vermiş partlayış terrorçuluq aktıdır və artıq cinayətkarların ikisi tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Paylaş:
744

Son xəbərlər

Bütün xəbərlər