Kreml: Ərdoğan-Putin görüşü baş tutmayacaq | 1news.az | Xəbərlər
Dünya

Kreml: Ərdoğan-Putin görüşü baş tutmayacaq

17:03 - 14 / 12 / 2015
Kreml: Ərdoğan-Putin görüşü baş tutmayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında dekabrın 15-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq.

1news.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Xatırladaq ki, prezidentlər arasında görüşün keçirilməsinə Antalyada keçirilən “G-20”sammitində qərar verilmişdi.Rusiyaya məxsus təyyarənin vurulmasından sonra görüşün təxirə salındığı barədə xəbərlər yayılsa da, rəsmi açıqlama verilməmişdi.

1news.az

Paylaş:
854

Son xəbərlər

Bütün xəbərlər