Türkiyə XİN-i Egey dənizində baş verən insidentlə bağlı bəyanat hazırlayır
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Egey dənizindəki insidentlə bağlı balıqçıları dinlədikdən sonra bəyanat verəcək.
1news.az-ın “РИА Новости”-yə istinadla verdiyiməlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Romada keçirilən beynəlxalq görüşdə jurnalistlərə açıqlamasında bildirib.
O, Rusiyanın bəyanatından xəbərdar olduğunu, lakin nəticəni balıqçılarla söhbətdən sonra edəcəyini söyləyib.
Çavuşoğlunun sözlərinə görə, Ankara eskalasiyanın əleyhinədir, ona görə də insident danışıqların predmeti olmalıdır.
Xatırladaq ki, Rusiya döyüş gəmisi Egey dənizində Türkiyənin balıqçı gəmisi ilə toqquşmamaq üçün ona tərəf atəş açıb. Məsələ ilə bağlı həmçinin, Türkiyənin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
1news.az