KİV: İŞİD daun sindromlu 38 uşağı qətlə yetirib – VİDEO
Daun sindromlu azı 38 uşaq İŞİD terror qruplaşması tərəfindən vəhşicəsinə qətlə yetirilib.
1news.az REN.TV-yə istinadla xəbər verir ki, bu, səudiyyə əsilli hakimin uşaqların ölümü barədə fətva verməsindən sonra həyata keçirilib.
Baş verənlər barədə Mosul Eye (Mosulun gözü) bloqunun Facebook səhifəsində bildirilib. Dərc olunan materialda bildirilir ki, uşaqların çoxu İŞİD sıralarında döyüşən xaricilər və yerli qadınlardan dünyaya gəlib.
Öldürülənlərdən böyüyü cəmi 3 aylıq, kiçiyi isə bircə həftəlik idi. Onlar ölümcül inyeksiya və boğma vasitəsilə öldürülüb. Edamlar Suriya və İraqın Mosul şəhərində baş verib.
1news.az
848