2017-ci ildə ölkədə nağdsız ödənişlərin əhatə dairəsi daha da genişlənəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

2017-ci ildə ölkədə nağdsız ödənişlərin əhatə dairəsi daha da genişlənəcək

13:53 - 15 / 12 / 2015
2017-ci ildə ölkədə nağdsız ödənişlərin əhatə dairəsi daha da genişlənəcək

Azərbaycanda 2017-ci ildə nağdsız ödənişlərin əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır. 1news.az –ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Natiq Əmirov bildirib.

N.Əmirov qeyd edib ki, nağdsız ödənişlərin genişləndirilməsi üçün edilmiş dəyişikliklərə əsasən, 2016-cı il vergi ödəyiciləri və Vergilər Nazirliyi üçün bir imtahan ili olacaq.

Nazir müavininin sözlərinə görə, nağdsız əməliyyatların stimullaşdırılması üçün Nazirlik artıq 4 ildir təkliflər verir. Aksiz markası ilə markalanmalı olan bəzi məhsulların nağdsız satışı ilə bağlı tələb də məhz buna xidmət edir. Hazırkı dəyişikliyə əsasən, fizki şəxslər tərəfindən tütün məhsullarının nağd yolla alınmasında məhdudiyyət yoxdur. Ancaq sahibkarlar isə tütün məhsullarını yalnız nağdsız əməliyyatla əldə edə bilər.

Alkoqollu içkilərin nağd alınması ilə bağlı inzibati cəza isə ictimai iaşə obyektlərində süzülmüş formada satılan alkoqollu içkilərə şamil edilmir.

O bildirib ki, aksiz markası ilə markakanmalı olan məhsulların nağdsız satışı ilə bağlı heç bir problem yoxdur: "Hazırda ölkədə 84 min POS-terminal mövcuddur".

Fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən güzəştdə dəyişiklik 500 mindən artıq adamı əhatə edecek və 120 mln. manata yaxın vəsaitin vətəndaşların sərəncamında qalması deməkdir.

Qeyd edək ki, Vergilər Məcəlləsinə dəyişikliklərin edilməsi barədə qanunun əsas istiqamətləri - fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişlənidirilməsi, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək artırılması, ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb edilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hüquqi şəxslərin əmlak vergisi, qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması və s. məsələri əhatə edir.

Paylaş:
827

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər