Moskvada Lavrov və Kerri arasında görüş keçirilir | 1news.az | Xəbərlər
Dünya

Moskvada Lavrov və Kerri arasında görüş keçirilir

11:54 - 15 / 12 / 2015
Moskvada Lavrov və Kerri arasında görüş keçirilir

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri ilə arasında görüş başlayıb.

1news.az RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya XİN-in binasında keçirilən görüşdə Suriya böhranı, İŞİD terrorçu təşkilatına qarşı mübarizə, Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik, Ukrayna böhranı ilə bağlı Minsk razılaşmasının şərtlərinin yerinə yetirilib-yetirilməməsi müzakirə olunacaq.

Görüşün yalnız protokol hissəsinin mətbuat tərəfindən işıqlandırılmasına icazə verilib. Sonra danışıqlar bağlı qapılar arxasında davam etdirilib.

Görüşdən sonra C. Kerri prezident Vladimir Putin tərəfindən qəbul olunacaq.

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər