7 yaşlı uşağın itkin düşməsi ilə bağlı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

7 yaşlı uşağın itkin düşməsi ilə bağlı cinayət işi açılıb

17:58 - 16 / 12 / 2015
7 yaşlı uşağın itkin düşməsi ilə bağlı cinayət işi açılıb

Bakı şəhər Prokurorluğu itkin düşən 7 yaşlı uşaqla bağlı məlumat yayıb.

1news.az-a daxil olan məlumata görə, dekabrın 14-də Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayan Əsgərova Rahilə Kitay qızı Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng vuraraq oğlu, 2008-ci il təvəllüdlü Əsgərov Ceyhun Mobil oğlunun həmin gün saat 14 radələrində internet salona getmək adı ilə evdən çıxıb bir daha geri qayıtmaması barədə məlumat verib.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yerini müəyyən etmək mümkün olmayıb.

Ceyhun Əsgərovun olduğu yerin müəyyən edilməməsi, azyaşlı olması və digər xüsusatlarla onun qətlə yetirilməsinə şübhələr olduğundan dekabrın 16-da Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər