Türkiyənin sabiq prezidenti Azərbaycan Prezidentinə başsağlığı verdi | 1news.az | Xəbərlər
Rəsmi

Türkiyənin sabiq prezidenti Azərbaycan Prezidentinə başsağlığı verdi

19:18 - 16 / 12 / 2015
Türkiyənin sabiq prezidenti Azərbaycan Prezidentinə başsağlığı verdi

Türkiyənin 11-ci prezidenti Abdullah Gül Azərbaycanın Prezidenti İlham Əliyevə şiddətli fırtına səbəbindən “Günəşli” yatağının 10 saylı platformasında baş verən faciə ilə baş sağlığı verib.

1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, başsağlığı məktubunda deyilir:

“Hörmətli Prezident, əziz qardaşım,

Dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi.

Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər