Nardaranlılar qəsəbədə aparılan abadlıq işlərindən danışdılar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaranlılar qəsəbədə aparılan abadlıq işlərindən danışdılar – FOTO

15:02 - 17 / 12 / 2015
Nardaranlılar qəsəbədə aparılan abadlıq işlərindən danışdılar – FOTO

Bakının Nardaran qəsəbəsində küçələrin yenidənqurulması, eyni zamanda infrastukturun yenilənməsi istiqamətində işlər davam edir.

Burada işıqlandırma sistemləri yenilənir, bardür və asfalt örtüyü də təzələnərək küçələr yenidən qurulur. Eyni zamanda evlərdə smart-sayğaclar quraşdırılır, elektrik cihazları yenilənir. Bir sözlə bütün infrastrukturda yenilənmə işləri aparılır.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb.

Bu məqsədlə müxbirimiz oxucuları Nardarandakı abadlıq işləri ilə yaxından tanış etmək üçün qəsəbəyə gedərək sakinlərlə söhbət edib.

Yaxın zamanlarda Nardaranda baş verən hadisələr və hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatdan sonra qəsəbə yenidən gündəlik həyatına qayıdıb. Nardarana daxil olarkən keçirilən irimiqyaslı abadlıq işləri haqda mühakimə yürütmək olar. Demək olar ki, bütün küçələrdə abadlıq işləri ilə məşğul olan işçilərə rast gəlmək olar.

Kəndin 70 yaşlı sakini Seyidağa Aslanov ölkə başçısına qəsəbədə aparılan abadlıq işləri ilə əlaqədar minnətdarlığını bildirib.

“Biz nardaranlıların adını axır zamanlar terrorla bağlayırlar, amma qəsəbənin adi sakinlərinin heç vaxt pis niyyətləri olmayıb”, - o, deyib.

Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluq əməkdaşlarıdekabrın 1-də qəsəbədə xüsusi əməliyyat keçiriblər.

Xüsusi əməliyyatın məqsədi Nardaranın radikal ekstremistlərdən təmizləmək, qəsəbədə dövlət orqanlarının normal fəaliyyətinin bərpa edilməsi, mənfi halların aradan qaldırılması, sakit həyat şəraitinin təmin edilməsinə yönəlib. Qəsəbə eyni zamanda radikal dini simvollar və ərəb dilində yazılan qara bayraqlardan da təmizlənib.

S.Aslanovun sözlərinə görə, qəsəbənin əsas problemi iş yerlərinin olmamasıdır:

“Əvvəllər balıq tuturaraq satırdıq, bununla da ailəmizi dolandırırdıq. İndi isə bu, mümkün deyil. Mənim ailəm genişdir, onları necə saxlayım? Mən yüksək vəzifəli iş istəmirəm. Mənə adi iş lazımdır ki, ailəmin tələbatlarını yerinə yetirə bilim.

Bu problemi qəsəbənin digər sakini Qasım Quliyev də göstərdi:

“Qaz, işıq, su var, istədik ki, yeni iş yerləri də açısın”.

Q.Quliyev qeyd edib ki, əvvəllər qəsəbədə xalçaçılıq fabriki fəaliyyət göstərirdi, burada 300 qadın çalışırdı. İndi isə o fabrik bağlıdır:

“İstixana saxlamaq sərfəli deyil, çünki becərdiyimiz məhsulları lazımınca sata bilmirik. Maştağa qəsəbəsində istixanalar üçün ləvazimatlar satılan mağaza var, amma nardaranlılıarın həmin mağazaya külli miqdarda borcu yığılıb”.

Qəsəbə sakini Nardaranda aparılan abadlıq işlərindən də danışıb.

Qeyd edək ki, qəsəbədə yeni iş yerlərinin, ictimai vəmədəni yaşayışın inkişafı istiqamətində tədbirlər görülür.

Azərbaycan hökuməti “Azərişıq” ASC, “Azərsu”ASC, “Azərqaz”ASC və “Azəryolservis” ASC-nin rəhbərlərinə xüsusi təlimatlar verib.

“Azərsu” ASC-nin əməkdaşları bildirirlər ki, qəsəbənin bütün evlərində smart-sayğaclar quraşdılıb. Son bir neçə gün ərzində 500 su sayğacı quraşdırılıb. Ümumi olaraq qəsəbədə 4 mindən çox smart-sayğaclar quraşdırılacaq.

Yerli sakin Cəmil Bağırovda qəsəbədə aparılan abadlıq işlərindən müsbət danışıb:

“Gecələr evdən çölə çıxmaq olmurdu. Çünki işıqlandırma yox idi. Bizim qəsəbədə yalnız bir park var ki, o da baxımsızlıqdan yarasız vəziyyətə düşmüşdü, amma indi isə park yenidən bərpa olunur”.

C.Bağırov da iqtisadi çətinliklərdə şikatər edib:

“Mən çilingərəm. Səhərdən emalatxananı açmışam, hələ də qazanc əldə edə bilməmişəm. Əvvəllər hər şey normal idi. Amma indi isə yaşayış çox çətindir,yaxşı olardı ki, hər hansı bir fabrik açılardı. Bizə 300-500 manat əməkhaqqı verilsəydi, hamı işləyərdi”.

Ümumilikdə, qəsəbədə aparılan dəyişiklər nardaranlılar tərəfindən yüksək qiymətləndirilir. Qəsəbə sakinləri ümid edir ki, bu istiqamətdə aparılan işlər davam edəcək.

1news.az

Paylaş:
1325

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər