İstanbulda məktəbdə bıçaqlı hücum: 8 şagird yaralanıb - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbulda məktəbdə bıçaqlı hücum: 8 şagird yaralanıb - TƏFƏRRÜAT

1news Redaksiyası13:35 - Bu gün
İstanbulda məktəbdə bıçaqlı hücum: 8 şagird yaralanıb - TƏFƏRRÜAT

İstanbulun Başakşehir rayonunda yerləşən Şeyx Şamil İmam Hatip Orta Məktəbində bıçaqlı hücum nəticəsində 8 şagird yaralanıb.

1news.az xəbər verir ki, hadisə səhər saat 08:40 radələrində baş verib. Məlumata görə, F.M. adlı şəxs evdən götürdüyü bıçaqla məktəbə daxil olaraq şagirdlərə hücum edib.

Hadisə zamanı 10-13 yaş arasında olan 8 şagird xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Yaralanmaların əksəriyyətinin yüngül olduğu bildirilib.

Hücumu törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

İstanbul valisi Davut Gül bildirib ki, yaralı şagirdlərdən 5-nin vəziyyəti yaxşıdır və onların gün ərzində evə buraxılması gözlənilir. Daha iki şagirdin müalicəsi davam edir və onların həyati təhlükəsinin olmadığı bildirilir. Bir şagird isə əməliyyat olunur.

Valinin sözlərinə görə, hücumu törədən şəxs məktəbə yaxın ərazidə yaşayan və başqa məktəbdə təhsil alan qız şagirddir. O, məktəbli forması geyinərək məktəbə daxil olub.

Hadisə ilə bağlı hüquqi araşdırma davam edir.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər