Bu ilin 9 ayında Azərbaycanda qatarla səyahət edənlərin sayı artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu ilin 9 ayında Azərbaycanda qatarla səyahət edənlərin sayı artıb

1news Redaksiyası13:23 - Bu gün
Bu ilin 9 ayında Azərbaycanda qatarla səyahət edənlərin sayı artıb

Azərbaycan Dəmir Yolları (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb.

1news.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.

Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 8 milyon sərnişin səfər edib. Bu istiqamətdə sərnişin sayı illik müqayisədə 18 faiz artıb.

Rayonlararası marşrutlarla 433 min sərnişin daşınıb ki, bu da 17 faiz artım deməkdir. Beynəlxalq Bakı–Tbilisi–Bakı marşrutu ilə isə 75 500-dən çox sərnişin səfər edib.

Bundan başqa, cari ilin sentyabr ayında ümumi sərnişindaşımada 24 faiz artım qeydə alınıb.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər