“Günəşli” yatağındakı 10 saylı özüldəki ikinci quyuda da yanğın söndürüldü – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Günəşli” yatağındakı 10 saylı özüldəki ikinci quyuda da yanğın söndürüldü – VİDEO

16:16 - 17 / 12 / 2015
“Günəşli” yatağındakı 10 saylı özüldəki ikinci quyuda da yanğın söndürüldü – VİDEO

Fövqəladə Hallar Nazirliyi “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr tarixində baş vermiş qəza ilə bağlı yeni məlumay yayıb.

1news.az xəbər verir ki, məlumata görə, qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məlumat verildiyi kimi, dekabr 10-dan etibarən özüldə yanğınsöndürmə əməliyyatını həyata keçirən nazirliyin “Vixr-5” və “Vixr-8” gəmilərindən hər gün tərkibinə təcrübəli yanğınsöndürənlərin daxil olduğu 2 manqa xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə özülə desant edilir.

Özülə desant edilən qruplar yanan quyular ətrafında SOCAR tərəfindən qəza-bərpa işlərini aparan işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini təmin etməklə yanaşı, eyni zamanda, yanğının söndürülməsi işlərini həyata keçirirlər.

Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində dekabrın 15-də neft quyularının birində yanğını söndürmək mümkün olub.

Yanğınsöndürmə əməliyyatının fasiləsiz və yüksək peşəkarlıqla həyata keçirilməsini təmin etmək  məqsədilə dekabr 15-dən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin təcrübəli yanğınsöndürənlərindən təşkil edilmiş 11 nəfərdən ibarət qrup 10-cu özülə desant edilib. Bu gün saat 13:00 radələrində ikinci neft quyusunda da yanğın söndürülüb.

Özüldə yanan qaz quyularının yaxın zamanda söndürülməsi təmin ediləcək.

1news.az

Paylaş:
1048

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər