“Google” baş səhifədə Bethovenin yubileyinə həsr olunmuş dudl yerləşdirib
“Google” bəstəkar Lüdvik van Bethovenin anadan olmasının 245 illik yubileyi münasibətilə baş səhifədə Bethovenlə bağlı animasiya və musiqili rebuslar yerləşdirib.
İstifadəçilərə bəstəkarın “Elizaya”, Ay sonatası” kimi məşhur əsərlərinin tarixindən bəhs edilir. Hər epizodda bir melodiyadan parçanın yığılması təklif olunur.
Qeyd edək ki, Bethoven klassizm və romantizm mərhələləri arasında Avropa musiqisinin aparıcı fiquru olub. O, dünya üzrə əsərləri ən çox ifa olunan bəstəkardır. Bethoven zəmanəsinin bütün musiqi janrlarında özünü sınamış, opera, mahnı, dramatik tamaşa və xor üçün əsərlərin müəllifi kimi tanınıb. Bəstəkarın irsində ən dəyərli nümunələr instrumental əsərləri- fortepiano, skripka və violonçel sonatası, fortepiano və skripka üçün konsertləri, kvartet, uvertüra və simfoniyalardır. Bethoven yaradıcılığı XIX və XX əsr simfonuk musiqisinə ciddi əhəmiyyətli göstərib.
1news.az