Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yeri və vaxtı dəqiqləşib
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçiriləcək görüşün yeri və vaxtı dəqiqləşib.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.Məlumatda bildirilir ki, görüş dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək.
“Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 18-də Bern (İsveçrə) şəhərinə işgüzar səfərə yola düşəcək. Dekabrın 19-da isə o, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək”, - məlumatda qeyd olunur.
Daha əvvəl qeyd olunmuşdu ki, Ermənistan və Azərbaycan prezidentləri dekabrın əvvəlində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar çərçivəsində görüçəklər. Görüşün dəqiq vaxtı və yeri – dekabrın 1-i Paris göstərilmişdi. Amma həmin vaxtda görüş keçirilmədi.
1news.az