Unibank: Suallara cavab ver və iPhone 6 qazan! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank: Suallara cavab ver və iPhone 6 qazan!

15:07 - 18 / 12 / 2015
Unibank: Suallara cavab ver və iPhone 6 qazan!

Unibank yeni il öncəsi öz Facebook istifadəçilərini sevindirəcək. 

1news.az-ın verdiyi xəbərə görə, bank rəsmi Facebook səhifəsində öz istifadəçiləri üçün viktorina keçirir.

İştirakçıların maliyyə biliklərinin artırılmasına yönəldilən viktorina qalibləri həm də möhtəşəm hədiyyələr qazanacaqlar. Tez və düzgün cavablar iştirakçılara xallar qazandırır. Viktorinada iştirak edən səhifə istifadəçiləri, oyunda iştiraka dəvət etdikləri hər bir dostuna görə də əlavə xal qazanacaqlar.

Ən çox xal toplamış ilk 3 qalibi bu hədiyyələr gözləyir:

1-ci yer – iPhone 6

2-ci yer –  Planşet

3-cü yer – 100 AZN-lik hədiyyə kartı

Bilik yarışmasında fəal iştirak edib yüksək xallar qazanan sonrakı 20 yerin sahiblərinə də Unibankdan dəyərli hədiyyələr olacaq.  Qaliblər 28 dekabrda açıqlanacaq.Viktorinada iştirak etmək istəyənlər Unibankın rəsmi Facebook səhifəsinə  (https://www.facebook.com/unibank.az/?fref=ts )  daxil olaraq,  qeyd olunan link (https://goo.gl/XzBRiC ) vasitəsi ilə öz maliyyə biliklərini sınaya və dəyərli hədiyyələr qazana bilərlər. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan  və Facebook səhifəsindən (www.facebook.com/unibank.az ) əldə etmək olar.

1news.az

 

Paylaş:
1055

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər