Konsulluğa hücumda təxminən 25 nəfər iştirak edərək, 15 "Molotov kokteyli" atıb | 1news.az | Xəbərlər
Dünya

Konsulluğa hücumda təxminən 25 nəfər iştirak edərək, 15 "Molotov kokteyli" atıb

21:12 - 18 / 12 / 2015
Konsulluğa hücumda təxminən 25 nəfər iştirak edərək, 15 "Molotov kokteyli" atıb

Yunanıstanda Atatürkün doğulduğu evində yerləşdiyi Səlanik şəhərindəki Türkiyə konsulluğunun binasının qabağındakı polis daxmasına naməlum şəxslər "Molotov kokteyli" atıblar.

Eyni şəxslər bölgədəki bir polis avtobunu da hücum ediblər.

Məlumata görə, konsulluğa hücumda təxminən 25 nəfər iştirak edərək, 15 "Molotov kokteyli" atıb.

Xəbərdə bildirilib ki, gecə saatlarında baş verən basqın nəticəsində xəsarət alan olmayıb. Hadisə haqqında istintaqın başladıldığı bildirilib.

TRT

Paylaş:
848

Son xəbərlər

Bütün xəbərlər